F-35-lər “Aero India 2025” sərgisində iştirak etməyəcək

Dünya

31.01.2025 - 11:12

Həkimlər Klinikalar SEO Xidməti

F-35 və F-16 qırıcılarının nümayiş uçuşlarının ləğv edilməsinin səbəbi göstərilmir

Pentaqon F-35 qırıcılarını Aero İndia 2025 sərgisindən ABŞ Hərbi Hava Qüvvələrinin qəza nəticəsində itirdiyi Alyaskada baş verən son insidentdən sonra geri çəkməyə qərar verib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Döyüş Komandanlığının bəyanatında qeyd olunub.

Eyni zamanda, Komandanlığın bəyanatında F-35 və F-16 qırıcılarının nümayiş uçuşlarının ləğv edilməsinin səbəbi göstərilmir.

Pentaqonun bəyanatından əlavə, Amerika qırıcılarının “Aero İndia 2025” sərgisində uçuşlarının ləğvi bu təyyarələri istehsal edən “Lockheed Martin” şirkəti tərəfindən də təsdiqlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş