Əziz Səncər "TEKNOFEST Azərbaycan"da gənclərə çağırış edib

Xəbərlər

28.05.2022 - 16:10

Həkimlər Klinikalar SEO Xidməti

Əziz Səncər: Sevgili gənclər, məmləkətinizi sevməkdən usanmayın, əl çəkməyin

"Mən məmləkətimiz deyəndə həm Türkiyə, həm də Azərbaycanı nəzərdə tuturam". AYNA xəbər verir ki, bunu Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər "TEKNOFEST Azərbaycan"da çıxışı zamanı bildirib.

"Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü ilə bağlı Azərbaycan və Türk dünyasını təbrik edirəm. Gənclər, sizlərə bir neçə əhəmiyyətli məsləhət verirəm. Mən "xərçəngə qarşı dərman tapa bilərəmmi?", - deyə fikirləşirdim. Gördüyünüz hər işin ən yaxşı olmasına çalışın. Ən yaxşısı, lkənizə və insanlığa yardım etməyə çalışın. Dürüst və ədalətli olun. Sevgili gənclər, məmləkətinizi sevməkdən usanmayın, yorulmayın, əl çəkməyin. Ölkəmizin inkişafı üçün yorulmadan çalışın. Fateh Sultan Mehmetin İstanbulu fəth edərkən dediyi kimi - “ya mən səni alacağam, ya da sən məni”, - çalışın”. Tanrı türkü qorusun!", - deyə o vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş