Bir nəfər şübhəli şəxs qismində saxlanılıb
Xaçmazda 62 yaşlı qadını öldürməkdə şübhəli bilinən 38 yaşlı Şahin Səməd oğlu Əhmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Qeyd olunub ki, iki gün əvvəl Mafizə Şirinbalayevanın meyiti Xaçmaz şəhəri ərazisində tək yaşadığı evində aşkarlanıb.
Faktla bağlı araşdırmalar aparılır.