Ət niyə bahalaşdı? - Səbəb bilindi - VİDEO

Xəbərlər

08.03.2023 - 21:56

cedabet dərman SEO Xidməti

Artıq kənd camaatına heyvan saxlamaq sərf etmir

Bakıda və bölgələrdə quzu və mal ətinin qiyməti yenidən yüksəlib. Lakin bu bahalaşma, sanki ənənəyə çevrilən bayramqabağı süni qiymət artımı ilə bağlı deyil.

AYNA “Baku” TV-yə istinadən bildirir ki, illərdir ət məhsullarının satışı ilə məşğul olan qəssab kəsim üçün aldıqları heyvanların azlığından şikayətlənir.

Onun sözlərinə görə, artıq kənd camaatına heyvan saxlamaq sərf etmir və bu səbəbdən qiymət artımı baş verib.

Görünür, fermerlər heyvanların sayını artırmaqda maraqlı deyillər.

“Əvvəl 10 baş heyvan saxlayırdıq, indi 2-3 heyvanı saxlamaqda çətinlik çəkirik. Çünki həm şərait yoxdur, həm də yem bahadır”, - deyə fermer Hikmət Səfərəliyev qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş