Estoniyada NATO ölkələrinin təlimləri keçiriləcək

Dünya

29.11.2024 - 09:17

Həkimlər Klinikalar SEO Xidməti

Təlimlər dekabrın 2-dən 15-dək əsasən ölkənin şimal və şimal-şərq bölgələrində baş tutacaq

Dekabrın birinci yarısında Estoniyanın şimal-şərqində NATO-ya üzv ölkələrin iştirakı ilə “İldırım” (Picne) hərbi təlimləri keçiriləcək. AYNA xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.

Bildirilib ki, təlimlər dekabrın 2-dən 15-dək əsasən ölkənin şimal və şimal-şərq bölgələrində baş tutacaq.

Bildirilib ki, təlimlərdə Böyük Britaniya, Latviya, ABŞ, Fransa və Estoniyadan 2 minə yaxın hərbçi iştirak edəcək və onlar qüvvələrin münaqişə zonasına köçürülməsi mexanizmləri üzərində işləyəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş