Estoniya Ottava Konvensiyasından çıxıb

Dünya

24.04.2025 - 23:46

Həkimlər Klinikalar SEO Xidməti

Hökumət beynəlxalq mina qadağasından imtinanı təsdiqləyib

Estoniya hökuməti cümə axşamı keçirilən iclasda Piyada əleyhinə minaların istifadəsi, ehtiyatının yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiyadan (Ottava Konvensiyası) çıxmaq haqqında qanunu təsdiqləyib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

“Mövcud təhlükəsizlik mühitində Müdafiə Qüvvələri bizə təhlükənin xarakterini və potensial düşmənin davranışını nəzərə alan silah sistemləri və həlləri seçməkdə əlavə çeviklik və sərbəstliyə ehtiyac duyur”, - qanun layihəsinə dair izahat qeydində deyilir.

Qeyd olunub ki, Estoniya ilə paralel olaraq Latviya, Litva, Polşa və Finlandiyada da Ottava Konvensiyasından çıxmaq proseduruna başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş