Əsəd amnistiya haqqında fərman imzalayıb

Dünya

03.05.2021 - 03:16

Həkimlər Klinikalar SEO Xidməti

Casusluğa və dövlətə xəyanətə görə mühakimə olunanlar amnistiyanın təsir dairəsinə düşmür

 

Suriya Prezidenti Bəşər Əsəd ölkədə ümumi amnistiya haqqında fərman imzalayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Suriya Prezidentinin dəftərxanası məlumat yayıb.

 

Fərmana əsasən, amnistiya ölkədə 2021–ci il mayın 2-dək törədilən cinayətlərə şamil edilir. Sənəd hüquqpozmalara, hərbi xidmətdən yayınmaya və digər cinayətlərə dair cəzadan tam azadetməni nəzərdə tutur.

 

Silah və partlayıcı maddə qaçaqmalçılığına, casusluğa və dövlətə xəyanətə görə mühakimə olunanlar amnistiyanın təsir dairəsinə düşmür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş