Ermənistanda narkotik epidemiyası: “Orduda narkomanlar çoxalıb”

Dünya

18.05.2023 - 16:08

cedabet dərman SEO Xidməti

Artur Xaçikyan: “Bizim rəsmi məlumatlara görə, Ermənistanda narkotikdən istifadə 95% artıb”

“Hamımız bilirik ki, Ermənistanda böyük narkotik epidemiyası var. Narkotik artıq məktəblərdə, universitetlərdə yayılır, hətta orduda da narkomanlar çoxalıb. 16-17 yaşlı yeniyetmələr narkotikə qurşanıb”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri ekspert Artur Xaçikyan deyib.

“Bu, millətin ölümünə səbəb ola biləcək böyük bir fəlakətdir. Gəncliyimiz məhv edilir, cəmiyyətimiz sözün əsl mənasında iflic vəziyyətinə düşüb”, - deyən Xaçikyan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tədbirlərin intensiv aparılmalı olduğunu bildirib.

“Bizim rəsmi məlumatlara görə, Ermənistanda narkotikdən istifadə 95% artıb. Narkotik satan 1500-3000 “Telegram” kanalı var”, - deyə Artur Xaçikyan fikrini yekunlaşdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş