Xuliqanlıqda şübhəli bilinən 5 nəfər saxlanılıb
Ermənistan polisi İrəvanda hökumət binası qarşısında baş verən atışma və dava ilə bağlı məlumat yayıb. AYNA erməni mediasına istinadən bildirir ki, bəyanatda iki polisin yaralandığı qeyd edilib.
"Bu gün aksiya zamanı bir qrup şəxs ictimai asayişi qoruyan polis əməkdaşları ilə qarşıdurma törədib. Nəticədə iki polis əməkdaşı yaralanıb və onlar hazırda xəstəxanadadırlar. Xuliqanlıqda şübhəli bilinən 5 nəfər mərkəzi polis bölməsinə gətirilib", - deyə məlumatda vurğulanıb.
Bəyanatda daha sonra deyilir: "Sizi bir daha ictimai aksiyalar zamanı müstəsna qanuni davranış nümayiş etdirməyə və Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmağa çağırırıq”.