Əsgərin meyiti İcevan hərbi polisinin intizam batalyonunda aşkarlanıb
İcevan hərbi polisinin intizam batalyonunda erməni əsgərin meyiti aşkarlanıb. AYNA Ermənistan mediasına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, bu, Ararat rayonunun Abovyan kəndinin 19 yaşlı sakini Narek Qriqoryandır.
Onun ailənin yeganə oğlu olduğu qeyd edilib. İlkin məlumata görə, hərbçi özünü asıb.
Ermənistan Müdafiə Nazirliyi hərbçinin ölüm xəbərini təsdiqləyib.
“Noyabrın 13-də saat 09:00-da hərbi hissələrdən birinin hərbi qulluqçusu Narek Qriqoryanın meyiti tapılıb”, - deyə nazirlikdən bildirilib.
Hadisənin baş vermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.