Ermənistan-Türkiyə sərhəd məntəqəsi istismara hazırdır

Dünya

28.04.2024 - 18:56

İrəvan Ani körpüsünün bərpası ilə bağlı yanaşmalarını Ankaraya çatdıracaq

Ermənistan tezliklə Türkiyəyə Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşmaq üzrədir və yaxın vaxtlarda Türkiyə tərəfinə təhvil veriləcək”, - XİN-dən bildirilib.

Qeyd olunub ki, Marqara-Əlican keçid məntəqəsinə gəlincə, orada təmir işləri yekunlaşıb. Sərhəd məntəqəsi istismara hazırdır.

Müəllif: Ayna.az