Mariya Zaxarova: “Rusiya bunun üçün addımlar atır”
“Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında Rusiyanın vasitəçi olması üçün Ermənistan bizə müraciət edib”. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə deyib.
XİN rəsmisinin sözlərinə görə, iki öləkə arasında münasibətlərin normallaşdırılmasında Rusiya maraqlıdır: “Rusiya bunun üçün addımlar atır. Bu prosesin başlanması regionda ümumi vəziyyətin sağlamlaşmasına, mehriban qonşuluq və etimad müühitinin yaranmasına öz töhfəsini verəcək”.