“Prokurorluğun İrəvanın sorğusu əsasında Zeynallının Moskvada saxlanması ilə bağlı rəsmi məlumatı yoxdur”
Ermənistan prokurorluğu azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanmasına münasibət bildirib. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.
“Prokurorluğun İrəvanın sorğusu əsasında azərbaycanlı Kamil Zeynallının Moskvada saxlanması ilə bağlı rəsmi məlumatı yoxdur”, - qurumdan bildirib.
Xatırladaq ki, Zeynallı dünən gecə saatlarında Moskva-Bakı reysinə minməzdən əvvəl hava limanında saxlanılıb. Məşqçi saxlanılmasına səbəb kimi Ermənistanın müraciəti olduğunu iddia edir.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, onun saxlanılması məsələsi Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir.