Ermənistan Prezidenti istefa verib

Dünya

23.01.2022 - 21:58

Həkimlər Klinikalar SEO Xidməti

Sarkisyan: “Xarici və daxili proseslərə təsir etmək üçün səlahiyyətlərim və vasitələrim yoxdur”

Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə məlumat Prezidentin rəsmi saytında yerləşdirilib.

“Bu qərarım emosionallıqdan deyil, müəyyən məntiqdən irəli gəlir. Hazırda Ermənistan Prezidentinin xarici və daxili proseslərə təsir etmək üçün səlahiyyətləri və vasitələri yoxdur. Faktiki olaraq ölkəmizdə paradoksal vəziyyət yaranıb. Prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur. Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil”, - deyə Sarkisyan vurğulayıb.

Sarkisyanın sözlərinə görə, hazırda Ermənistan prezidentin sülh və müharibə məsələlərinə qarışa bilməyəcəyi, demokratiya üçün əlverişsiz hesab etdiyi qanunlara veto qoya bilməyəcəyi reallıqda yaşayır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş