“Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsinə cavabını alıb”

Aktual

14.03.2023 - 13:11

Paşinyan: “Müəyyən irəliləyiş var, eyni zamanda, fundamental problemlər də yaranır”

“Fevralın ortalarında biz sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərimizi göndərdik. İki-üç gün əvvəl layihə ilə bağlı Azərbaycanın cavabını aldıq”. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Müəyyən irəliləyiş var, eyni zamanda, fundamental problemlər də yaranır”, - deyə Baş nazir söyləyib.

Müəllif: Ayna.az