Ermənistan-Azərbaycan sərhədində mina partlayıb

Xəbərlər

06.05.2024 - 12:04

Minaaxtaranın ayağı amputasiya edilib

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində mina partlayıb. AYNA erməni mediasına istinadən bildirir ki, minaxtaran minaya düşüb.

Hadisə bu gün səhər saatlarında Azərbaycanla sərhəddə minatəmizləmə işləri zamanı baş verib.

Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Müəllif: Ayna.az