Ermənilərə məxsus kvadrokopter vurulub - FOTO

Xəbərlər

26.11.2022 - 15:32

Müdafiə Nazirliyi məlumat yayıb

Qanunsuz erməni silahlılarının Xocalı və Ağdamda uçuşlar həyata keçirməyə cəhd edən kvadrokopteri ələ keçirilib.

Azərbaycan Müdafiə Nazirliyindən AYNA-ya bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

Ermənilərə məxsus kvadrokopter vurulub - Ermənilərə məxsus kvadrokopter vurulub -
Müəllif: Ayna.az