Erməni terrorçu Şuşa yaxınlığındakı posta qumbara atdı - VİDEO

Xəbərlər

13.11.2021 - 11:30

Hadisə nəticəsində bir hərbçimiz yaralanıb

Erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə minik avtomobilindən qumbara atıb.

AYNA "Caliber.az"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığındakı blokpostda qeydə alınıb.

Məlumata görə, erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

Terror aktı nəticəsində bir azərbaycanlı hərbçinin yaralandığı, ancaq həyatı üçün təhlükə olmadığı bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş