Erməni spiker: “15 günə sülh sazişi imzalana bilər”

Aktual

28.11.2023 - 16:28

Alen Simonyan: “Bütün fundamental məsələlər üzrə razılığa gəliblər”

“Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirsə, 15 gün ərzində Bakı ilə İrəvan arasında sülh sazişi imzalana bilər”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.

“Arzu edilərsə, Azərbaycan hakimiyyəti həqiqətən də siyasi iradə nümayiş etdirərsə, yaxın 15 gün ərzində sülh sazişi imzalana bilər”, – Simonyan bildirib.

Onun sözlərinə görə, tərəflər demək olar ki, bütün fundamental məsələlər üzrə razılığa gəliblər.

Simonyan əlavə edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır: “Bu, Qarabağa da aiddir. Ermənistan Azərbaycanın tam şəkildə tanıyır. Bunu bəlkə də 8 dəfə bəyan etmişik”.

Müəllif: Ayna.az