Türkiyə və Rusiya lideri Ukraynanı müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
AYNA-nın Türkiyə mediasına istinadən məlumatına görə, bu, Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlamasından bəri liderlər arasında beşinci söhbət olub.
Danışıq zamanı dövlət başçıları Ukraynadakı son vəziyyəti müzakirə ediblər.