Ərdoğandan ABŞ səfirinə sərt sözlər: “Qapılarımız onun üzünə bağlıdır”

Dünya

03.04.2023 - 09:43

cedabet dərman SEO Xidməti

“Maraqlıdır ki, diplomat tədbirlərdə iştirak etdikdən sonra Prezidentlə görüş istəməkdən utanmır?”

ABŞ-ın Ankaradakı səfiri Ceff Fleykin 14 may seçkilərində müxalifətin əsas namizədi Kamal Kılıçdaroğlu ilə görüşməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın narazılığına səbəb olub. AYNA “Star”a istinadən xəbər verir ki, ABŞ diplomatı artıq Türkiyə rəsmiləri ilə görüşə bilməyəcək.

“Maraqlıdır ki, diplomat tədbirlərdə iştirak etdikdən sonra Prezidentlə görüş istəməkdən utanmır? Qapılarımız onun üzünə bağlıdır. Niyə? Qoy yerini bilsin”, deyən Ərdoğan bildirib.

Türkiyə liderinin sözlərinə görə, Fleyk səfirin necə işləməli olduğunu öyrənməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş