Türkiyə Prezidenti: "Gələn il biz bu layihəni yekunlaşdırıb açılışını edəcəyik"
"Türkiyə Rusiya qazından və ölkə ilə işgüzar əlaqələrindən əl çəkməyəcək". AYNA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğanın sözlərinə görə, Türkiyə istehlak etdiyi qazın yarısını Rusiyadan alır.
“Rusiya ilə "Akkuyu" AES layihəmiz var. Gələn il biz bu layihəni yekunlaşdırıb açılışını edəcəyik. Bu, bizim üçün çox ciddi məsələdir”, - deyə Türkiyə lideri söyləyib.