Ərdoğan Putinlə “Azov” liderlərinin Ukraynaya ekstradisiyasını müzakirə edəcək

Dünya

13.07.2023 - 00:25

cedabet dərman SEO Xidməti

Türkiyə Prezidenti: “Onlar liderlərin Kiyevə ekstradisiyasının təfərrüatlarını öyrəndikdən sonra vəziyyət müsbətə doğru dəyişdi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə “Azov” briqadasının liderlərinin Ukraynaya ekstradisiyasını müzakirə edəcək. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz onların altı komandirinin azad edilməsi ilə bağlı sorğu aldıq və müsbət cavab vermək qərarına gəldik. Bundan sonra Rusiyada bir sıra bəyanatlar verildi. Lakin onlar liderlərin Kiyevə ekstradisiyasının təfərrüatlarını öyrəndikdən sonra vəziyyət müsbətə doğru dəyişdi”, – Türkiyə lideri bildirib.

Ərdoğanın sözlərinə görə, avqustda Rusiya rəhbəri Türkiyəyə səfər edəcək və burada tərəflər sözügedən məsələləri təkbətək formatda müzakirə etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, “Azov” komandirlərinin Türkiyə tərəfindən Ukraynaya ekstradisiyası iyulun 8-də baş tutub. Kiyevə köçürülən hərbçilər arasında 2022-ci ilin sentyabrında dəyişdirilən Denis Prokopenko, onun müavini Svyatoslav Palamar və Serjiy Volınski də var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş