“İsrailin Baş naziri yeni canlar almaq imkanından məhrum edilməlidir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahunun antisemitizmi körükləməklə bütün yəhudilərin təhlükəsizliyini təhlükəyə atdığını bildirib.
AYNA xəbər verir ki, bu sözləri Türkiyə lideri Böyük Millət Məclisində çıxışı zamanı deyib.
Prezident vurğulayıb ki, İsrailin Baş naziri yeni canlar almaq imkanından məhrum edilməlidir.
Qeyd edək ki, Ərdoğan daha əvvəl bildirmişdi ki, Netanyahu artıq adını tarixə “Qəzza zolağının qəssabı” kimi yazdırıb.