Türkiyə Prezidentinin bir sıra görüşləri gözlənilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla görüşüb.
AYNA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, görüş Brüsseldə NATO liderlərinin fövqəladə iclası çərçivəsində baş tutub.
Türkiyə liderinin NATO-nun Baş katibi, ABŞ Prezidenti, Britaniyanın Baş naziri və Almaniya kansleri ilə də danışıqlar aparacağı gözlənilir.
Xatırladaq ki, danışıqların və sammitin əsas mövzusu Ukrayna ətrafındakı vəziyyətdir.