Ərdoğan Ermənistana çağırış edib

Aktual

21.11.2023 - 11:49

“Ermənistan öz təhlükəsizliyini minlərlə kilometr uzaqda deyil, qonşuları ilə ortaq şəkildə axtarsın”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana tövsiyə verib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, Ərdoğan Ermənistanı öz təhlükəsizliyini minlərlə kilometr uzaqda deyil, qonşuları ilə ortaq şəkildə axtarmağa çağırıb.

Türkiyə liderinin sözlərinə görə, bir sıra Qərb ölkələri hələ də Qarabağ münaqişəsinin bitməsi ilə regionda yeni dövrün başladığını anlamırlar.

“Ermənistanda təxribat törədərək qarşılığında pul alanlar əslində ermənilərə ən çox ziyan vuranlardır”, - Türkiyə Prezidenti əlavə edib.

Müəllif: Ayna.az