Ərdoğan deyilənlərə nöqtə qoydu: "Növbədənkənar seçkilər olmayacaq"

Dünya

22.12.2021 - 15:59

Həkimlər Klinikalar SEO Xidməti

"Dolların məzənnəsi ilə ictimai-siyasi proseslərin məcrasına təsir edilməsinə imkan verilməyəcək"

"Türkiyədə növbədənkənar seçkilər olmayacaq. Ölkəmizdə hüquqi dövlət mövcuddur. Müəyyən edilən tarix hansıdırsa, seçkilər həmin tarixdə də keçiriləcək". AYNA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu , Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib.

Son günlər ölkənin valyuta bazarında baş verən prosesləri dəyərləndirən Ərdoğan lirənin dəyərinin bərpası və möhkəmlənməsi istiqamətində görülən hökumət tədbirləri, onun nəticələri barədə geniş məlumat verib.

"Bundan sonra da dolların məzənnəsi ilə ölkədəki ictimai-siyasi proseslərin məcrasına təsir edilməsinə imkan verilməyəcək", - deyə Prezident qeyd edib.

Qeyd edək ki, ABŞ dollarının məzənnəsi lirəyə nisbətdə durmadan artır. Belə iddialar vardı ki, sosial kriz Türkiyədə növbədənkənar seçkilərin keçirilməsinə səbəb olacaq. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş