Ukraynadakı vəziyyət müzakirə edilib
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.
AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
ABŞ Prezidenti Baydenlə danışıq zamanı regional hadisələr, o cümlədən Rusiya- Ukrayna hadisələri, Türkiyə-ABŞ münasibətlərini müzakirə edilib.
Prezident Türkiyə-Rusiya-Ukrayna xarici işlər nazirləri toplantısının Antalyada təşkil edilməsinin də özlüyündə diplomatik bir qələbə olduğunu vurğulayıb.