Türkiyə Prezidenti NATO-nun növbədənkənar Liderlər Zirvəsində iştirak edəcək
Martın 23 və 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə keçiriləcək NATO-nun növbədənkənar Liderlər Zirvəsində iştirak etmək üçün Belçikaya səfər edəcək. AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd edilib ki, Rusiya-Ukrayna böhranının müzakirə ediləcəyi Zirvə görüşündə Türkiyə məsələyə dair öz mövqeyini bildirəcək.
“Prezident görüşdə iki ölkə arasında atəşkəsin təmin edilməsi istiqamətində həm özü, həm də Türkiyənin dövlət rəsmilərinin diplomatik təşəbbüsləri haqqında məlumat verəcək, Ankaranın problemin həlli ilə bağlı təkliflərini irəli sürəcək”, - deyə məlumatda vurğulanıb.