“İran ABŞ-la müharibədən sonra müdafiə qabiliyyətini artırıb”
“İran ABŞ ilə müharibədə qazandığı təcrübə sayəsində müdafiə qabiliyyətini gücləndirib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O, “Tehranın heç vaxt təhdidlərə boyun əyməyəcəyini” qeyd edib.
"Özünümüdafiəyə hazırlığımız əvvəlki müharibələrdən daha yüksəkdir. Biz ABŞ ilə müharibədə təcrübə qazanmışıq və özümüzü müdafiə etməyə tam qadirik", - deyə nazir vurğulayıb.
Əraqçi İranın yeni hücuma, eləcə də diplomatiyaya hazır olduğunu bildirib.
O, Tehranın Amerika tərəfinə yeni bir razılaşma planı təqdim etdiyini aydınlaşdırıb.
"Biz ABŞ-a sözdə yeddi günlük plan təqdim etdik. Amerika tərəfi öz şərhlərini verdi və biz hazırda cavab hazırlayırıq. Bizim fikrimizcə, yeddi günlük plan qüvvədə qalır. Vaşinqton Tehranın şərtlərini yerinə yetirərsə, Hörmüz boğazı planın tətbiqinin altıncı günündə açılacaq və yeddinci günündə danışıqlar başlayacaq", - deyə xarici işlər naziri qeyd edib.