"İranın müharibəni bitirmək tələbini qəbul etməsi çoxtərəfli diplomatiya üçün yeni pəncərə açdı"
“Digər dövlətlər İrana qarşı təcavüzə yol verməsə, İran rəhbərliyi danışıqlara qayıtmağa razı ola bilər”. AYNA.AZ xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi “Al Nahar” nəşrinə yazdığı məqalədə qeyd edib.
"İranın müharibəni bitirmək tələbini qəbul etməsi çoxtərəfli diplomatiya üçün yeni pəncərə açdı", - nazir vurğulayıb.
Əraqçi əlavə edib ki, İrana təcavüz etməmək hüquqi müstəvidə təsbit edilməlidir.
Bundan əvvəl nazir bildirib ki, Tehran İranın nüvə probleminin həlli üçün ABŞ-la danışıqları davam etdirib-etdirməmək barədə hələ qərar verməyib.