Ən yaşlı amerikalı qadın vəfat edib

Xəbərlər

06.01.2023 - 12:34

cedabet dərman SEO Xidməti

Bessie Hendriks 115 yaşında dünyasını dəyişib

Amerikanın ən yaşlı qadını Bessi Hendriks 115 yaşında vəfat edib. AYNA xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Yaşı 110-dan yuxarı olan insanları izləmək üzrə ixtisaslaşmış “Gerontological Research Group”un məlumatına görə, Hendriks dünyanın dördüncü ən yaşlı insanı olub.

Bildirilir ki, uzunömürlü qadın 1907-ci il noyabrın 7-də Ayova ştatında çoxuşaqlı ailədə anadan olub. Bessie Hendriksin beş uşağından ikisi sağ qaldı. Onun doqquz nəvəsi, 28 nəticəsi və 42 kötücəsi var.

Hendriks uzun və uğurlu həyatın sirrini zəhmətkeşlik adlandırırdı.

Noyabr ayında Hendriks 115 yaşını qeyd edib. Övladları bildiriblər ki, analarının uzunömürlü olmasının sirri güclü xarakter, müstəqillik və ən çətin şəraitdə belə təslim olmamaq bacarığıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş