“Yuxarı və aşağı ətraflarını itirən 166 şəxs yüksək texnologiyalı protezlə təmin edilib”
Ötən ildən indiyə kimi 2200-ə qədər Vətən müharibəsi qazisinin əlillik təyinatı aparılıb. AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.
Onun sözlərinə görə, həmin şəxslərə sosial ödənişlər həyata keçirilir: “Eyni zamanda, yuxarı və aşağı ətraflarını itirən 166 şəxs yüksək texnologiyalı protezlə təmin edilib”.