Ələt qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb

Xəbərlər

12.08.2023 - 14:11

cedabet dərman SEO Xidməti

Meyit aidiyyəti üzrə təhvil verilib

Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş