Əhməd əl-Şaraa: "Qolan təpələri Suriya ərazisi olaraq qalacaq"

Dünya

24.09.2026 - 13:27

"Dövlətimizin suverenliyini pozmaq, beynəlxalq hüququ pozmaq üçün edilən hər hansı bir cəhd dayandırılacaq”

“Suriya Qolan təpələrini güzəştə getmək niyyətində deyil və Qolan Suriya dövlətinin ərazisi olaraq qalacaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Suriya Prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasında çıxışında deyib.

"Dövlətimizin suverenliyini pozmaq, beynəlxalq hüququ pozmaq üçün edilən hər hansı bir cəhd dayandırılacaq. Qolan təpələri Suriya ərazisi olaraq qalacaq", - deyə o bildirib.

Prezident həmçinin İsrailin Suriyaya davam edən hücumlarını tənqid edib: "Biz İsrailin sülhü və təhlükəsizliyi pozan təcavüzünü qınayırıq".

Əhməd əl-Şaraaya  görə, israillilər bu yaxınlarda Suriyada "500 hava hücumu, 1200-dən çox müdaxilə və 300 (Suriya vətəndaşı) həbs" həyata keçiriblər.

Qeyd edək ki, Qolan təpələri Yaxın Şərqdə mübahisəli ərazidir. Cənubi Suriyada və şimali İsraildə yerləşir. 1974-cü ildə ölkələr bu ərazidə İsrail və Suriya arasında mövcud sərhədi müəyyən edən bir müqavilə imzalayıblar. Lakin o vaxtdan bəri iki tərəf dəfələrlə zərbələr alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş