Əfv Məsələləri Komissiyasının iclası keçirilib

Xəbərlər

17.04.2024 - 18:51

Komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. AYNA “Report”a istinadən xəbər verir ki, toplantıda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.

Bununla da komissiyanın iclaslarında baxılan məsələlərin sayı 200-ü keçib.

Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının bu il üçün ilk iclası aprelin 3-də keçirilmişdi.

Müəllif: Ayna.az