Təbii fəlakət nəticəsində həlak olanların sayının artacağı istisna deyil
Əfqanıstanda güclü zəlzələ olub. AYNA xarici mediaya istinadən məlumatına görə, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib ki, 5,6 bal gücündə zəlzələlərin episentri təxminən 272 min insanın yaşadığı Herat şəhərindən 154 km şimal-şərqdə yerləşib.
Məlumata görə, zəlzələ nəticəsində 26 nəfər uçqunlar altında qalaraq ölüb. Təbii fəlakət nəticəsində həlak olanların sayının artacağı istisna deyil.