Edillidə aşkarlanan insan qalıqlarının genetik profili hazırlanacaq

Xəbərlər

06.10.2022 - 12:11

cedabet dərman SEO Xidməti

“Bütün bu müayinələrin aparılması üçün 3-5 gün, 1 ay kifayət etmir”

Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqdan tapılan qalıqların hansısa birinin yaxın adamları bu gün həyatda yoxdursa, o zaman məhkəmə qərarı ilə onların qəbirlərindən genetik nümunə götürülərək araşdırılacaq.

AYNA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Edillidə səfərdə olan xarici ölkələrin hərbi attaşelərini məlumatlandırarkən deyib.

Nazirlik rəsmisi bildirib ki, bütün bu müayinələrin aparılması üçün 3-5 gün, 1 ay kifayət etmir, müəyyən vaxt lazımdır: “Aşkar edilmiş sümük qalıqları yeni açılmış şöbəmizdə bütün fiziki parametrləri qorunmaq şərti ilə xüsusi yaradılmış depolarda saxlanılacaq. Araşdırmalar başa çatandan sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının tövsiyəsi əsasında yaxınlarına təqdim ediləcək”.

Direktor qeyd edib ki, qalıqların genetik profili hazırlanaraq onlarda olan 11-12 min nümunə ilə müqayisə ediləcək və aydın olacaq ki, hansına məxsusdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş