Düşmən Ağdam, Tərtər, Ağcabədi və Füzulinin kəndlərini atəşə tutur

Xəbərlər

11.10.2020 - 18:45

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb

 

Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər, Ağcabədi və Füzuli rayonlarının kəndlərini atəşə tutur. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd edək ki, oktyabrın 9-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya Xarici İşlər nazirlərinin görüşündə humanitar məqsədlə atəşkəs imzalanıb. Oktyabrın 10-u saat 12:00-dan etibarən atəş dayanmalı idi. Lakin Ermənistan buna əməl etmir, mütəmadi olaraq atəşkəsi pozur. Bu gecə isə Ermənistan tərəfindən Gəncə şəhərinə raket atılıb, 9 mülki sakin ölüb.

Müəllif: Ayna.az