Dünyanın ən zəngin iş adamları siyahısında bir azərbaycanlı var

Maraqlı

17.07.2019 - 23:44

Azərbaycan mənşəli iş adamı, Rusiyanın "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov dünyanın 59-cu ən zəngin biznesmenidir. AYNA Modern.az-a istinadən xəbər verir ki, Vahid Ələkbərov 17,7 milyard dollarlıq sərvətə sahibdir.

 

Dünyanın 100 ən varlı biznesmenin daxil olduğu siyahıya ötən il olduğu kimi "Amazon" şirkətinin sahibi Cef Bezos başçılıq edir. Onun 125 milyard dolları var. Növbəti pillədə isə fransız iş adamı Bernar Arno qərarlaşıb. Onun sərvəti 108 milyard dollara çatır. Üçüncü yeri isə "Microsoft"un yaradıcısı və keçmiş prezidenti Bill Geyts (107 milyard dollar) tutur.

 

Siyahıya Uorren Baffet (83,9 milyard dollar), Mark Zukerberq (79,5 milyard dollar) və s. daxildir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə