Moskvada ən hündür müqəvva yandırılıb

Maraqlı

22.02.2026 - 20:15

Tədbir paytaxtdakı Qorki Leninskiye muzey-qoruğunda keçirilib

Moskva şəhərində "Maslenitsa" bayramı zamanı ən böyük ölçülü müqəvva formasında konstruksiya yandırılıb. AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tədbir paytaxtdakı Qorki Leninskiye muzey-qoruğunda keçirilib.

Konstruksiyanın hündürlüyü 25.2 metr təşkil edib ki, bu da beşmərtəbəli binadan hündürdür.

Nazirlikdən qeyd olunub ki, konstruksiyanın hazırlanmasında 800 metr taxta tir, 250 metr parça, 28 metr naxış elementi və üç ton saman istifadə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş