"Robotlar təxminən beş ildən sonra ən yaxşı insan cərrahlarını geridə qoyacaqlar"
Amerikalı milyarder İlon Mask insan beyin toxumasına elektrodların yerləşdirilməsinin yeni texnologiyasını şərh edərkən qeyd edib ki, “bu sürətlə robotlar beş il ərzində cərrahları əvəz edə biləcək”.
AYNA.AZ xəbər verir ki, Mask bu barədə “Huqo” robotunun uğurlu sınaqları haqqında bloger Mario Naufalın yazısının şərhində yazıb.
"Robotlar təxminən beş ildən sonra ən yaxşı insan cərrahlarını geridə qoyacaqlar", deyə amerikalı sahibkar qeyd edib.
Maskın sözlərinə görə, robot cərrahlar yüksək konsentrasiya tələb edən çətin işləri insanlardan daha sürətli və daha yaxşı yerinə yetirməyə qadirdirlər.