Görmə əngəllilərə ümidverici xəbər

Maraqlı

24.07.2019 - 05:32

Həkimlər Klinikalar SEO Xidməti
Kameradan aldığı video görüntüləri birbaşa beyinə çatdıran beyin implantı 6 kor insanın görmə qabiliyyətini qismən bərpa etmələrini təmin edib. AYNA moderator.az-a istinadən xəbər verir ki, ABŞ-lı mütəxəssislərdən ibarət olan qrupun cığır açan fəaliyyətində beynin görmə mərkəzinə (vizual korteks) yerləşdirilən elektrodlar görüntüləri gözlüyün üzərində olan video kameradan alıb və əvvəl heç görməyən iştirakçıların görməyi müəyyən bir səviyyədə təcrübədən keçirmələrini təmin edib. 
 
 
Bu texnologiya hər iki gözə və normalda duyğu məlumatlarını beyinə ötürən optik sinirə olan ehtiyacı tamamilə aradan qaldırır.
 
 
Qeyd edək ki, texnologiyanın anadangəlmə görməyən xəstələr üçün hər hansı bir səviyyədə görmə qabiliyyəti yaradıb-yaratmadığı hələ sübut olunmayıb. 
Müəllif: Ayna.az