Samirə Əfəndi “Avroviziya-2021”in finalında çıxış edib

Maraqlı

23.05.2021 - 00:46

Təmsilçimiz səhnəyə 21-ci çıxıb və “Mata Hari” mahnısını ifa edib

 

Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya-2021” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Samirə Əfəndi finalda çıxış edib.

 

AYNA xəbər verir ki, Samirə Əfəndi səhnəyə 21-ci çıxıb və “Mata Hari” mahnısını ifa edib.

 

Qeyd edək ki, təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqasə Mata Harinin həyatından bəhs edir.

Müəllif: Ayna.az