Qəriblikdə bitən talelər!..

Maraqlı

29.05.2021 - 17:36

Flüra Şıxlinskaya 90 illik yubileyi münasibətilə Qırğızıstan Xalqları Assambleyasının medalı ilə təltif edilib

 

Мüəllimlik peşəsi peşələrin ən alisi hesab olinur. Ona görə ki, həyatımızın təmeli aileden sonra məktəbdə atılır. Müəllimlər isə bu özülün, təməlin əsasını qoyanlardır. İnsanın həyata hazırlanmasında, kamilləşməsində və özünüdərkdə müəllim və məktəbin rolu əvəzolunmazdır.
Açıklama yok.
Bir əsrin astanasında olan – 90 yaşını dolduran xanım-xatın, ömür-gününü gənc nəslin təlim tərbiyəsinə, onların həyata hazırlanmasında əməyi əvəzsiz olan Flüra Almaz qızı Şıxlinskaya haqqında qısaca söhbət açacağıq. Onun həyatını, keçmişini səhifələsək, böyük həcmli kitablar, sənədli hekayə filmləri və danışmaqla bitməyən şərəfli bir ömür yolunu incələmiş olardıq.
 
90 yaşını dolduran Flüra xanımın hələ də dil-dodağı vətən deməkdən qabar olub. Anasının qucağında beş günlük olan bu həyatın ən ağır sınaqlarından keçən ağbirçək Azərbaycanın Qazax bölgəsindən 1929-1937-ci illərdə Stalinin sürgün qərarına tuş gəlib. Taleləri qəriblikdə bitən digər soydaşlarımız kimi Flüra xanımın ailəsi də bu alın yazısı ilə barışmalı olublar.
Açıklama yok.
Azərbaycanın ilk Demokratik Respublikası qurucularından olan artilleriyanın atası sayılan general-leytenant Əlağa Şıxlinski nəslinin davamçılarından olan Flüra Almaz qızı Şıxlinskayanın yaxınları Qırğızıstanı özlərinə ikinci vətən seçməyə məcbur qalıblar.
 
F.A.Şıxlinskaya 1931-ci ildə Azərbaycanin Qazax rayonunda dünyaya göz açıb. Tarixi vətəni olan Azərbaycandan bir gecənin içində doğmaları ilə birlikdə Orta Asiyaya – Aral gölü ətrafına, oradan isə Qazaxıstanın Cambul vilayətinin Korday rayonuna sürgün edilib.
 
Ali təhsilini Qırğız dövlət universitetində alaraq, diplomlu ilk Azərbaycanlı qadın olub. Günümüzə qədər də təyinatını alaraq daimi məskunlaşdığı Kant şəhərini özünə daimi məskən seçib. Əmək fəaliyyətinə orta məktəbdə rus dili və ədəbiyyat müəllimi kimi başlayıb. Bir müddət sonra dərs hissə müdiri və məktəb direktoru olub.
 
22 il məktəb direktoru işləyən Flüra Almaz qızı 2005-ci ildə Kant şəhərinin fəxri vətəndaşı adına layiq görülüb. O, eyni zamanda SSRİ və Qırğızıstan SSR-in “Təhsil əlaçısı” döş nişanı sahibidir.
 
Əsil vətəndaş, əsil vətənsevər kimi Flüra xanım Qırğızıstanın müxtəlif sahələrində yüksək pillələr tutan onlarla nəsil yetişdirib. Axı, ot öz kökü üstündə bitər, deyib atalar.
Açıklama yok.
Azərbaycan Xalq Cumhuriyətinin 103-cü ildönümü ərəfəsində Qırğızıstan Xalqları Assambleyasının sədri, Qırğızıstan Respublikasının keçmiş Mətbuat və İnformasiya Naziri, Qırğızıstan Respublikası Baş nazirinin müavini, Qırğızıstan Respublikası Qanunvericilik Məclisinin sədri, Qırğız Respublikası Elmlər Akademiyasının prezidenti Abduqani Erkebayev başda olmaqla, bir qrup ziyalı Flüra Almaz qızı Şıxlinskayanı evində ziyarət edərək 90 illik yubileyini təbrik ediblər.
 
Akademik Abduqani Erkebaev 90 illik yubileyi münasibətilə F.A.Şıxlinskayanı Qırğızıstan Xalqları Assambleyasının medalı ilə təltif edərək, yubilyara uzun ömür və can sağlığı arzulayıb.
 
Qırğızıstan Azərbaycanlılarının AZƏRİ İctimai Birliyinin prezidenti, əməkdar hüquqçu Əzizağa Əliyev də yublyara xoş sözlər söyləyib və Azərbaycan icması adından ona xatirə hədiyyələri, gül-çiçək dəstəsi təqdim edib.
Açıklama yok.
Açıklama yok.
Müəllif: Ayna.az