Dünyanın ən varlı adamı kosmosa investisiya ayırıb - <font color=red> İlginc səbəb</font>

Maraqlı

19.07.2019 - 11:56

“İnsanların başqa planetlərə köçməsinə nail ola bilsək, gələcəkdəki bir çox problemlərin qarşısını ala bilərik”

 

“Amazon” şirkətinin rəhbəri Cef Bezos “Blue Origin” şirkətinə külli miqdarda investisiya yatırıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, son dövrlərdə kosmik araşdırmalarla məşğul olan şirkətlərə yatırımlar edən məşhur biznesmen bu sahəyə diqqət ayırmağın əhəmiyyətindən danışıb.

 

Bezos insanların dünyanı məhv etməyə başladığını söyləyib: “Dünya çox kiçik planetdir. İnsan sayı isə durmadan artır. Bu proses iqlim dəyişiliyi, ətraf mühitin çirklənməsi kimi fəsadlara yol açır. Dünyanı məhv edirik”.

 

Məşhur biznesmen, “İnsanların başqa planetlərə köçməsinə nail ola bilsək, gələcəkdəki bir çox problemlərin qarşısını ala bilərik” fikrini səsləndirərək etdiyi böyük məbləğli investisiyaların səbəbini izah edib.  

 
Bezos, eyni zamanda ətraf mühiti çirkələndirən, qlobal istiləşməyə səbəb olan fabriklərin, zavodların, sənaye mərkəzlərinin kosmosa köçürülməsinin dünyanın gələcəyi üçün çox vacib olduğunu vurğulayıb.


Qeyd edək ki, 2000-ci ildə yaratdığı “Blue Origin” firmasınının fəaliyyəti üçün Cef Bezos “Amazon” şirkətinin səhmlərindən hər il 1 milyard dollar məbləğində hissələr satır.

Müəllif: Ayna.az