Dünyada ötən sutka 451 mindən çox insan COVID-19-a yoluxub

Dünya

23.08.2021 - 11:28

Həkimlər Klinikalar SEO Xidməti

8 min 264 nəfər isə virusun qurbanı olub

 

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 451 mindən çox olub.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, ötən sutka ərzində 451 min 510 nəfər yeni koronavirusa yoluxub, 8 min 264 nəfər isə virusun qurbanı olub.

 

Bununla da yoluxanların ümumi sayı 212 milyon 555 min 62, ölənlər isə 4 milyon 443 min 904 nəfərə çatıb.

 

Ötən sutka ərzində virusa ən çox yoluxma halı İranda (36 min 419 nəfər), bu xəstəlikdən ölüm faktı isə İndoneziyada qeydə alınıb – 1030 nəfər.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş