Dünyada koronavirusa yoluxanların sayı 28 milyonu ötüb

Dünya

11.09.2020 - 05:38

Ən çox yoluxma (6,5 milyon) ABŞ-dadır

 

Dünyada koronavirusa yoluxanların sayı 28 milyonu ötüb.

 

AYNA xəbər verir ki, hazırda bu rəqəm 28 250 275-dir.

 

Covid 19-dan ölənlərin sayı isə 911 716-ya çatıb. Ümumilikdə 20 249 239 nəfər koronavirusdan sağalıb.

 

Qeyd edək ki, ən çox yoluxma (6,5 milyon) ABŞ-dadır. Braziliya və Hindistanda isə yoluxanların sayı 4 milyonu keçib.

Müəllif: Ayna.az