Dünya birjalarında neft ucuzlaşıb

İqtisadiyyat

13.12.2023 - 11:19

Azərbaycan nefti 77 dollara düşüb

Dünya birjalarında neft qiymətləri azalıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,19 dollar azalaraq 73,05 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,15 dollar azalaraq 68,46 dollar təşkil edib.

“Azeri Light” markalı neft ucuzlaşıb

Azərbaycan nefti də ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,4 dollar və ya 2,99 faiz azalaraq 77,82 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az