“Fələstində mülkə dəyən ziyan indi 14-20 milyard dollara yaxındır”
Fələstindəki hərbi əməliyyatlar təqribən 14-20 milyard dollar dəyərində dağıntılarla nəticələnib. AYNA xəbər verir ki, bu barədə Dünya Bankının (DB) prezidenti Acay Banqa “Reuters”ə müsahibəsində deyib.
“Fələstində mülkə dəyən ziyan indi 14-20 milyard dollara yaxındır”, - deyə bildirib.
Onun sözlərinə görə, bu müharibənin iqtisadi ziyanı əsasən onun nə qədər yayılacağından asılıdır: “Əgər yayılmasa, bu, çox güman ki, qlobal iqtisadi sistemə daha az ziyan vuracaq. Çünki Qəzza və Fələstin qlobal iqtisadiyyata nisbətən az töhfə verir”.
“Əgər müharibə bütün regiona yayılarsa, bu, tamamilə fərqli bir problem olacaq. Çünki o zaman müharibə dünya iqtisadiyyatına daha çox töhfə verən yerlərə gedəcək”, deyə DB prezidenti vurğulayıb.